Azərbaycan-Belçika biznes forumu keçiriləcək

11:13 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC
Belçika Krallığının xarici ticarət üzrə dövlət katibi Pieter De Kremnin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində aprelin 30-da Bakıda Azərbaycan-Belçika biznes forumunun keçirilməsi nəzərdə tutulur.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan AZƏRTAC-a bildiriblər ki, tədbir İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və təşkil olunacaq. Biznes forumda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 40-a yaxın Belçika şirkətinin iştirakı nəzərdə tutulur.
Sahibkarlar və ölkəmizdə fəaliyyət göstərən iş adamları Bakı Biznes Mərkəzində (ünvan: Neftçilər prosp., 32) keçiriləcək foruma dəvət edilirlər. Tədbirdə iştirak etmək istəyənlərin qısa müddət ərzində telefon və ya e-mail vasitəsilə (tel.: 012 5980147/48 daxili: 108, 129, 119, 123; e-mail: vmirzayev@azpromo.az) məlumat vermələri tövsiyə olunur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Belchika_biznes_forumu_kechirilecek-849318

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR