Əhməd Davudoğlu: Türkiyə gec-tez Avropa İttifaqının üzvü olacaq

Əhməd Davudoğlu: Türkiyə gec-tez Avropa İttifaqının üzvü olacaq
10:23 13 Yanvar 2015
158 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə gec-tez Avropa İttifaqının üzvü olacaq. Bunu ölkənin Baş naziri Əhməd Davudoğlu Berlində türk icmasının nümayəndələri ilə görüşdə deyib. Bu barədə Trend çərşənbə axşamı Anadolu agentliyinə istinadən xəbər verir.

Onun sözlərinə görə, Türkiyə Aİ-yə üzvlük üçün lazım olan bütün islahatları həyata keçirir.

Türkiyənin Aİ-yə daxil olması ilə bağlı rəsmi danışıqlara 2005-ci ildən başlanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2352455.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR