20 Yanvar dairəsində hərəkət qismən məhdudlaşdırılır.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin ANS PRESS-ə verdiyi məlumata görə, tərtib olunmuş qrafikə əsasən, bəzi küçə və prospektlərdə yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.
Bununla əlaqədar olaraq, bu gün saat 11:00-dan etibarən 20 Yanvar dairəsində, daha dəqiqi Ziya Bünyadov prospektindən 20 Yanvar dairəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
"İşlər başa çatanadək sürücülərdən alternativ yollardan istifadə etmələri tövsiyyə olunur", - deyə Anar Nəcəfli vurğulayıb.
Mənbə
ANS PRESS