Dovşan və sığırçın vuran Ağcabədi sakini cərimələndi

Dovşan və sığırçın vuran Ağcabədi sakini cərimələndi
09:57 24 Sentyabr 2018
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən brakonyerliyə qarşı mübarizə məqsədilə Ağcabədi rayonu ərazisində reyd keçirilib.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, reyd zamanı rayonun "Qarqışlaq" adlanan ərazisində icazəsiz ov edən şəxs saxlanılıb və ondan ov tüfəngi, çöl dovşanı, sığırçın quşu götürülüb.

Araşdırma zamanı ov edən şəxsin Ağcabədi şəhər sakini İlkin Mamedov olduğu müəyyən edilib. Faktla bağlı protokol tərtib olunub və İ.Mamedova 1.508,50 manat məbləğində cərimə və ziyan tətbiq olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/688089.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR