Azərbaycana 10 dənə telefon keçirmək istədi, tutuldu - FOTO

Azərbaycana 10 dənə  telefon keçirmək istədi, tutuldu - FOTO
11:52 24 Sentyabr 2018
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı avtomobil "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib.

DGK-dn Milli.Az-a verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində, nəqliyyat vasitəsinin arxa oturacaqlarının alt hissəsində xüsusi hazırlanmış gizli saxlanc yerində 4 ədəd "Samsung Galaxy J2 pro" və 6 ədəd "Samsung Galaxy J3 pro" telefonları aşkar edilib

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/688119.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR