“İrşad Electronics”in rəhbəri intihar edib - Rəsmən təsdiqləndi

“İrşad Electronics”in rəhbəri intihar edib - Rəsmən təsdiqləndi
11:57 24 Sentyabr 2018
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Sentyabrın 14-də vəfat edən "İrşad Electronics" MMC-nin rəhbəri İrad Ağahüseyn oğlu Hacıyevin intihar etdiyi məlum olub.

Milli.Az xəbər verir ki, bu barədə baku.ws-ə mərhumun yaxınlarından biri məlumat verib. Onun sözlərinə görə, İrad Hacıyev özünə qəsd etmək üçün çoxlu sayda dərman içib. Onun meyitini vannada aşkar ediblər. Vannanın kənarında isə intihar etmək üçün içdiyi dərmanların qutuları aşkarlanıb.  

Bakı Şəhər Prokurorluğundan qafqazinfo-ya bildirilib ki, İrad Hacıyevin ölümündən sonra araşdırmalar nəticəsində onun intihar etdiyi məlum olub. Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. İ.Hacıyevin özünü öldürməsinin səbəbləri istintaq yolu ilə araşdırılır.

Qeyd edək ki, şirkətin rəsmi səhifəsində İ. Hacıyevin qəflətən ürək çatışmazlığından dünyasını dəyişdiyi qeyd olunmuşdu.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/688145.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR