Xəzərdə 4 nəfəri xilas edildi - FOTO

Xəzərdə 4 nəfəri xilas edildi - FOTO
12:05 24 Sentyabr 2018
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə təd­birlərinin həyata keçirilməsi davam etdirilir.

DSX-dən Milli.Az-a verilən məlumata görə, 2018-ci ilin 21 sentyabr tarixində saat 10:55 radələrində DSX Sahil Mühafizəsinin "Pirallahı" sahil nəzarəti mən­tə­qəsinə "Çİ-3508" bort nömrəli gəzinti təyinatlı üzmə vasitəsinin mühərriyində yaranmış nasazlıq səbəbindən 4 nəfər heyət üzvünün dənizdə batmaq təhlükəsi ilə üzləşmələri barədə məlumat daxil olub.

Sahil nəzarəti məntəqəsindən alınmış məlumat əsasında DSX Sahil Mühafizəsinin dövlət sərhədinin mühafizəsi xidmətində olan "Şahdağ" tipli sərhəd gözətçi gəmisi hadisə yerinə göndə­rilib və saat 13:00 radələrində Çilov adasından 3 mil məsafədə üzmə vasitəsi aşkar olunub.

Üzmə vasitəsində olan heyət üzvləri - Məmmədov İbad Ramiz oğlu, İbrahimov Əhliman Əlifağa oğlu, Əmrahova Səkinə Ağəli qızı və Xankişiyeva Samirə Həsən qızı xilas edilib, üzmə vasitəsi Çilov adasının liman körpüsünə gətirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/688123.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR