​Əhməd Davudoğlu: "Olland və Putinin Yerevana getməsi Minsk Qrupunun tərəfsizliyinə kölgə salacaq"

​Əhməd Davudoğlu: "Olland və Putinin Yerevana getməsi Minsk Qrupunun tərəfsizliyinə kölgə salacaq"
10:22 24 Aprel 2015
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 aprel. REPORT.AZ/ "Fransa prezidenti Fransua Olland və Rusiyanın dövlət başçısı Vladimir Putinin Yeravana getməsi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun tərəfsizliyinə kölgə salacaq". "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Tükiyə Böyük Millət Məclisinin açılmasının 95-ci ildönümü ilə bağlı təşkil edilən tədbirdə bildirib.
O qeyd edib ki, Dağlıq Qarabağ məsələsində Azərbaycanla Ermənistan arasında vasitəçilik edən Minsk Qrupundan baş verənləri öz xeyrinə istifadə edən ermənilərin tutduğu mövqeyə qarşı obyektiv münasibət gözləyirlər. 

Xəbərin orijinal ünvanı: http://report.az/dagliq-qarabag/ehmed-davudoglu-olland-ve-putinin-yerevanda-olmasi-minsk-qrupu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR