"Zenit"in Avropa macərası bitdi - İCMAL

UEFA Avropa Liqasında yarımfinalçılar müəyyənləşib.

Metbuat.az-ın məlumatına görə, "Zenit" "Sevilya" ilə qarşılaşıb. İlk görüşdə ispan klubu 2:1 hesabı ilə qalib gəlmişdi.

Oyunun 6-cı dəqiqəsində penaltini dəqiq yerinə yetirən Bakka "Sevilya"nı önə keçirib. 48 və 72-ci dəqiqələrdə 2 qol vuran "Zenit" iki oyunun cəminə görə hesabı bərabərləşdirib. Sankt-Peterbuq klubu 3-cü qolu vurmağa çalışsa da, hər şey əksinə olub. "Mavilər"i əks-hücumda yaxalayan "Sevilya"da Qameyro fərqlənib və İspaniya təmsilçisi yarımfinala vəsiqəni təmin edib.

"Zenit" - "Sevilya" 2:2

Qollar: Rondon, 48, Halk, 72 - Bakka, 6, Qameyro, 85

Oyunun icmalını təqdim edirik.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR