Kiyev "Dinamo"sunu məğlub edən "Fiorentina" yarımfinala vəsiqə qazandı - İCMAL

UEFA Avropa Liqasında bir digər yarımfinalçı "Fiorentina" olub.

Metbuat.az-ın xəbərinə görə, "bənövşəyilər" Kiyev "Dinamo"sunu qəbul edib. İlk oyunda 1:1 hesablı bərabərlik qeydə alınmışdı. Bu nəticə ev sahiblərini qane edirdi. Ancaq Montellanın yetirmələri bununla kifayətlənməyiblər. 43-cü dəqiqədə Mario Qomes hesabı açıb. Oyuna artırılmış 4-cü dəqiqədə isə Varqas yekun hesabı müəyyənləşdirib.

"Fiorentina" - "Dinamo" (Kiyev) - 2:0

Qollar: Qomes, 43, Varqas, 90+4

Matçın icmalını təqdim edirik.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR