Bakıda 2 nəfər özünü bıçaqladı

Bakıda 2 nəfər özünü bıçaqladı
10:34 24 Aprel 2015
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda 49 yaşlı kişi kəsilmiş-deşilmiş xəsarətlərlə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Suraxanı rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Kalinin küçəsində yaşayan 1966-cı il təvəllüdlü Elçin Hənəfiyev müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. İlkin dindirmə zamanı o, qardaşı tərəfindən bıçaqlandığını deyib. Növbəti araşdırmalar zamanı isə yaralının ruhi-əsəb xəstəsi olması və qardaşı ilə mübahisə zamanı özünə xəsarət yetirməsi üzə çıxıb.

 

Oxşar hadisə Binəqədidə də baş verib. Sulutəpə qəsəbəsində yaşayan 1987-ci il təvəllüdlü Bəkirov Rəfael Elxan oğlu intihar məqsədi ilə özünə bıçaqla xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.

 

Hər iki faktla bağlı araşdırma davam etdirilir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/200407

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR