Türkiyəli müğənni Aygün və Gövhərdən danışdı

Türkiyəli müğənni Aygün və Gövhərdən danışdı
11:36 24 Aprel 2015
52 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyənin ATV telekanalında yayımlanan “Zahidə ilə yetiş həyata” verilişində xalq artisti Aygün Kazımova və bəstəkar Gövhər Həsənzadədən bəhs edilib.

Axşam.az-ın məlumatına görə, proqramın qonağı olan ifaçı Zeliha Sunal A.Kazımovanın “Nankor” mahnısını səsləndirib. Bəstə ilə bağlı açıqlama verən sənətçi bunları deyib:

“Mahnını Azərbaycanın divası Aygün Kazımova oxuyub. Bəstə isə çox gözəl bir qadına – Gövhər Həsənzadəyə aiddir”.

Aparıcı Zahidə isə “Gövhər xanımla eyni verilişdə qonaq olmuşduq. Dünya gözəlidir. Çox yaxşı xanımdır” deyə, əlavə edib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=29536

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR