İsraildə yüksəksürətli “hava qatarı” tikiləcək

İsraildə yüksəksürətli “hava qatarı” tikiləcək
04:35 25 Sentyabr 2018
Ölkə mətbuatı
A- A+

İsrailin sürətlə inkişaf edən Netaniya şəhərində ölkədə ilk maqnitoplan – “hava qatarı” (Skytrain) qurulacaq. O, hava nəqliyyatı ilə rəqabət aparmaq iqtidarında olacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “RİA Novosti” resursuna istinadən yazır ki, məlumata görə, maqnitoplan 2-3 nəfərlik sərnişin tutumuna malik kapsul formasında “marşrut taksiləri”dir və 25 metr hündürlükdə (təxminən 7-8 mərtəbəli bina səviyyəsində) hərəkət edəcəklər. Sərnişinlər minmə məntəqələrinə liftlər vasitəsilə qaldırılacaq.  

Netaniya meri səlahiyyətlərini icra edən Eli Dalyala hesab edir ki, “Skytrain” təkcə sürət və tıxacın qarşısını almaq kimi üstünlüklərə malik deyil.

“O, ətraf mühiti çirkləndirməyən maqnit mühərrik vasitəsilə hərəkət edir. Belə nəqliyyatın istismar xərcləri digər şəhər nəqliyyat növləri, o cümlədən metro ilə müqayisədə yüksək deyil. “Skytrain” xətlərini mövcud nəqliyyat arteriyaları üzərində çəkmək planlaşdırılır və monorels şəbəkəsi yaradıldıqdan sonra şəhərin istənilən nöqtəsinə getmək mümkün olacaq”, - mer qeyd edib.

Bildirilir ki, yolun 650 metr uzunluğunda ilk eksperimental hissəsi yaşayış mikrorayonlarından birini dəmir yolu vağzalı ilə birləşdirəcək. Monorelsli yol xüsusi gərginlikli şəhər şosesini iki hissəyə böləcək və sənaye zonası üzərindən keçəcək.

Maqnitoplanı relslər üzərində elektromaqnit sahəsinin gücü saxlayacaq. Belə qatar ənənəvi qatarlardan fərqli olaraq hərəkət zamanı rels səthinə toxunmur və 300 km/saat sürətlə hərəkət edir.  

Layihələndirmə işləri artıq başa çatıb. Meriya nümayəndələrinin fikrincə, yolun ilk hissəsinin tikintisinə 20 milyon şekel (təxminən 6 milyon dollar) tələb olunacaq. Dövlət tərəfindən vəsait ayrılmayacağı təqdirdə xarici sərmayədarın cəlb edilməsi üçün müsabiqə elan ediləcək.

Nizam Nuriyev




Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-56686-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR