ABŞ-ın İranı neft satmaq haqqından məhrum etmək cəhdləri çox təhlükəli ola bilər - Ruhani

ABŞ-ın İranı neft satmaq haqqından məhrum etmək cəhdləri çox təhlükəli ola bilər - Ruhani
07:47 25 Sentyabr 2018
200 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp Tehranla danışıqlar aparmaq niyyətindədirsə, o İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planına qayıtmalıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İran prezidenti Həsən Ruhani Nyu-Yorkda Amerika KİV-lərinin nümayəndələri ilə görüşü zamanı deyib.

Ruhani bildirib: "Tramp İrana və İran xalqına qarşı bir neçə səhv addım atıb. O, səbəbsiz olaraq İran xalqına hədə-qorxu gəlib və gəlir, bizim daxili işlərimizə qarışır. Buna görə də, hər hansı bir danışıqdan öncə, bu səhvləri aradan qaldırmaq lazımdır".

İran prezidenti həmçinin qeyd edib ki, ABŞ-ın İranı neft satmaq haqqından məhrum etmək cəhdləri "təkcə qeyri-real deyil, həmçinin çox təhlükəli ola bilər".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/688353.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR