Bakı-Ələt (Astara) magistral avtomobil yolu ətrafında abadlaşdırma işləri görülür

Bakı-Ələt (Astara) magistral avtomobil yolu ətrafında abadlaşdırma işləri görülür
11:43 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+



Bakı, 24 aprel, AZƏRTAC
Bakı-Ələt (Astara) magistral avtomobil yolu və Qobustan Milli-Tarix Bədii Qoruğuna gedən yolun abadlaşdırılması, yaşıllaşdırılması və əsaslı təmir işləri davam etdirilir.
Qaradağ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, bu tədbirlər “Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıq çərçivəsində görülən işlər sırasındadır.
Bundan əlavə, Bakı dairəvi avtomobil yolunun Qurd Qapısı adlanan sahəsində isə 3 min kvadratmetr istinad divarı hörülərək müasir fasad materialları ilə üzlənib. Həmin hissənin qarşısında 4 min 500 kvadratmetr sahədə yaşıllıq zolağının salınması üçün hazırlıq işlərinə başlanılıb.
Rayon ərazisində həmçinin müasir suvarma sistemi ilə təchiz olunmuş yeni 3 min 500 kvadratmetr yaşıllıq sahəsi salınaraq, dekorativ ağac, kol bitkiləri əkilib.
Avropa Oyunlarına aid təsvirlərin özündə əks etdirən reklam lövhələri quraşdırılıb, yol kənarına və yaşıllıq sahəsinin ətrafına çınqıl tökülərək səliqəyə salınıb. Dairəvi yolun Şıxov hissəsində tikinti materialları və məişət tullantıları ilə çirklənmiş sahə təmizlənərək, əkin üçün torpaq tökülüb və suvarma sistemi ilə təchiz olunub.
Avropa Oyunları loqosunun quraşdırıldığı bu sahəyə 4 min kvadratmetr ot örtüyü salınıb.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_Alet_Astara_magistral_avtomobil_yolu_etrafinda_abadlasdirma_isleri_gorulur-849334

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR