5 ağızlı, 10 dodaqlı buzov doğuldu - VİDEO - FOTO

5 ağızlı, 10 dodaqlı buzov doğuldu - VİDEO - FOTO
11:47 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Hindistanda 10 dodağı, 5 ağzı olan buzov doğulub.
"Nandi" adlanan buzov artıq ölkədə məşhurlaşıb.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Nandinin 5 ağzı olsa da, o, yalnız iki ağzından yararlana bilir.
Hindistanın şimalındakı Haryana ştatında, Narnaul şəhərinin yaxınlığındakı fermalardan birində saxlanan buzova baxmaq istəyənlərin sayı artıq minlərlədir.
 
İnəklərin müqəddəs canlı sayıldığı Hindistanda "Nandi" Krişna tanrısının adlarından biri olaraq "başqalarını sevindirən, şadlandıran" mənasını verir.
2009-cu ildə Hindistanda 3 ağzı və 3 gözü olan buzov doğulmuşdu.
 
Ötən ayda isə Avstraliyanın Kuinslend bölgəsində iki üzü olan öküz satılıb.
 
Milli.Az




Videonu izləmək üçün şəklə klikləyin.

фото












Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/336240.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR