Türkiyə səfiri: "Tarixə olan inamımızı qoruyaraq dünyaya meydan oxuyacağıq"

Türkiyə səfiri: "Tarixə olan inamımızı qoruyaraq dünyaya meydan oxuyacağıq"
11:47 24 Aprel 2015
136 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 aprel. REPORT.AZ/. "Doğrulardan qaçmadan, tarixə olan inamımızı qoruyaraq dünyaya meydan oxuyacağıq". "Report" xəbər verir ki, Çanaqqala zəfərinin yüz illiyi münasibətilə Türkiyənin Bakıdakı səfirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə elan etdikləri ədəbi müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimində Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun belə deyib.
Onun fikrincə, hazırda Türkiyənin və ortaq türk tarixinin qaralama kampaniyası gedir: "Dünyaya dərdimizi və o dövrün gerçəklərini anlamatlıyıq. Biz bu gerçəkləri duyğusal şəkildə deyil, tarixi faktlarla hamıya çatdırmalıyıq. Əsassız iddialara tutarlı cavab verəcəyik. Bunu mücadilə formasında deyil, qarşılıqlı şəkildə bir-birini anlama formasında edəcəyik. Biz doğru olduğunu bildiyimiz məsələləri deməkdən imtina etməyəcyik".

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/turkiye-sefiri-tarixe-olan-inamimizi-qoruyaraq-dunyaya-meydan-oxuyacagiq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR