Bakıda məktəbdə faciə: 10 ildən sonra doğulan 2-ci sinif şagirdi vəfat etdi

Bakıda məktəbdə faciə: 10 ildən sonra doğulan 2-ci sinif şagirdi vəfat etdi
10:57 25 Sentyabr 2018
131 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhəri, Sabunçu rayonu 67 saylı məktəbdə ikinci sinif şagirdi dünyasını dəyişib.

Milli.Az unikal.org-a istinadən xəbər verir ki, hadisə tənəffüs zamanı yaşanıb.

Sözügedən məsələ ilə bağlı sözügedən sayta açıqlama verən məktəbin direktoru İradə İbrahimova bildirib ki, hadisə tənəffüs zamanı, uşaq yemək yeyərkən baş verib:

"Xəlilov Sabir Adil oğlu tənəffüsdə içərisində sosika olan çörək yeyirdi. Uşağın anginası var idi. Bu zaman müəlliminə yaxınlaşıb dedi ki, boğuluram. Uşağı təcili məktəbin tibb bacısının yanına gətirdik ki, kömək etsin. Bu an uşağın dili qatlandı və tibb bacısı dilini tutmağa çalışdı.

Tez təcili yardıma da zəng etdik. Təcili yardım gəlsə də uşağa heç nə edə bilmədilər. Təəssüflər olsun ki, azyaşlının həyatını xilas etmək mümkün olmadı. Artıq sözügedən hadisə ilə bağlı polis araşdırma aparılır. Onu da qeyd edim ki, bu uşaq 10 ildən sonra dünyaya gəlib".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/688442.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR