İŞİD-in başına fizika müəllimi gətirildi

İŞİD-in başına fizika müəllimi gətirildi
11:51 24 Aprel 2015
30 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin postuna müvəqqəti olaraq təyinat olub.

ANS PRESS-in məlumatına görə, mart ayında koalisiya qüvvələrinin hava hücumları zamanı yaralanmış təşkilat liderini onun "sağ qolu" Əbu Ala Afri əvəzləyib.

İŞİD-ə rəhbərlik edəcək Afri ilə bağlı maraqlı bir iddia da ortaya atılıb. İraq hökumətinin rəsmisi Hişam Haşimi bildirib ki, Əbu Ala Afri əvvəllər fizika müəllimi olub. Mosulda yaşamış Afri orada məktəbdə uşaqlara dərs deyib.

Qeyd edək ki, İŞİD terror təşkilatının lideri mart ayının 18-i İraqın qərbində Umm əl-Rus kəndində yaralanıb. Əl-Bağdadinin hazırda qruplaşmaya liderlik edə bilmədiyi açıqlanıb. Amerika Birləşmiş Ştatları Əbu Bəkr əl-Bağdadinin yerini bildirənə 10 milyon dollar pul mükafatı elan edib.

Amerika hökuməti hadisənin baş verdiyi tarixdə - martın 18-ində əməliyyatlar keçirildiyini təsdiqləsə də, aviazərbələr nəticəsində əl-Bağdadinin yaralandığı sübut edən heç bir əsasa malik olmadığını bildirib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=340130

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR