Nazir: "Azərbaycan özünün tranzit və logistika potensialını daha da genişləndirir"

Nazir: "Azərbaycan özünün tranzit və logistika potensialını daha da genişləndirir"
11:47 25 Sentyabr 2018
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan nəqliyyat sistemini və xidmətləri iqtisadiyyatın əsas müqayisəli üstünlüklərindən birinə çevirərək özünün tranzit və logistika potensialını daha da genişləndirmək niyyətindədir.

XİN-dən Milli.Az-a verilən məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Nazirlər Şurasının qeyri-rəsmi görüşündə deyib.

E.Məmmədyarov deyib: "Azərbaycan Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin qarşılıqlı əlaqəsinə xidmət edəcək nəqliyyat infrastrukturunun modernləşdirilməsinin və diversifikasiya edilməsinin üzərində işləyir. Bundan başqa, ölkəmizdəki bütün nəqliyyat marşrutlarının konvergensiya nöqtəsi olan yeni Beynəlxalq Dəniz Ticarəti Limanı və onun Beynəlxalq Logistika Mərkəzinin tikintisi, Ələtdə azad iqtisadi zona ilə bağlı qanunun qəbulu region ölkələrinin tranzit qabiliyyətinin və beynəlxalq ticarət dəhlizlərinin rəqabətliliyini əhəmiyyətli dərəcədə artıracaq. Biz ticarət imkanları ilə bir-birimizə yardım etməliyik".

Nazirin sözlərinə görə, Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizlərinin təşviqi vasitəsilə İƏT regionunun tranzit potensialının artırılmasına töhfə verməkdədir: "Azərbaycan və Türkiyə keçən il istifadəyə verilmiş və bütün İƏT üzv dövlətləri faydalanmaqla Çini Avropaya daha da yaxınlaşdıran strateji Bakı-Tbilisi-Qars dəmir yolunun iki vacib son məntəqələridir.

Həmçinin biz strateji məqsədi regionumuzda bir sıra ölkələrin qarşılıqlı şəkildə maraqlarını gücləndirmək olan Lapis-Lazuli nəqliyyat marşrutu vasitəsilə Avropa və Mərkəzi Asiya arasında davamlı logistikanın qurulması məqsədilə Əfqanıstan, Türkmənistan, Gürcüstan və Türkiyədəki tərəfdaşlarımızla işləyirik. Biz inanırıq ki, İƏT dəmiryol şəbəkəsinin əlaqələndirilməsi və bölgənin birgə dəmiryol infrastrukturunun inkişafı üzrə addımların atılması İƏT gündəliyinin prioritet məsələlərindən biri olmalıdır. İnanırıq ki, Şimal-Qənub Nəqliyyat Dəhlizinin çatışmayan və vacib halqası olan Qəzvin-Rəş-Astara (İran)-Astara (İran) layihəsinin erkən başa çatdırılması iqtisadi inkişafa yeni təkan verəcək, cəlb olunmuş ölkələrin, eləcə də bütün regionun nəqliyyat imkanlarını genişləndirəcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/688462.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR