Vladimir Kramnik üzrxahlıq etdi

"Shamkir Chess 2015" turnirində iştirak edən sabiq dünya çempionu Vladimir Kramnik hakimlərə yaxınlaşaraq üzrxahlıq edib.

Metbuat.az-ın xəbərinə görə, rusiyalı şahmatçı V turda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarova məğlubiyyətdən sonra mətbuat konfransına gəlmədiyinə görə təəssüfləndiyini bildirib. Kramnik həmin gün 7 saata yaxın mübarizə apardığına görə yorulduğunu söyləyib.

Vladimir Kramnik Synergy Group-un təşkil etdiyi turnirin son turlarında mətbuat konfransında iştirak edəcəyini deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR