İzzət: "Onların səsi batıb"

İzzət: "Onların səsi batıb"
11:52 24 Aprel 2015
36 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni İzzət Bağırzadə "Antrakt" verilişinin qonağı olub
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi pis vərdişlərdən həmişə uzaq olduğunu deyib:

"Universitet illərində səsimi qoruyurdum. Sonra heç nə etməmişəm. Gözəl səsi olan sənətkarlarımız olub ki, illər keçdikdən sonra səsi batıb. Çünki içki içib, siqaret çəkib.

Gələn ay 39 yaşım olacaq. Bu günə kimi heç vaxt spirtli içkidən, siqaretdən istifadə etməmişəm. Elə şeylər var ki, insana həqiqətən də ziyandır. Bunları etməməyə çalışmışam".

Qeyd edək ki, Kamran Quliyevin aparıcılıq etdiyi “Antrakt” verilişi İTV-də yayımlanır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/336288.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR