Uşaqlar üçün ekranlaşdırılan bədii filmin təqdimatı olacaq

Uşaqlar üçün ekranlaşdırılan bədii filmin təqdimatı olacaq
11:53 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+



Bakı, 24 aprel, AZƏRTAC
Mayın 7-də Nizami Kino Mərkəzində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə uşaqlar üçün çəkilmiş “Dərs” tammetrajlı bədii filminin təqdimatı keçiriləcək.
Kinostudiyadan AZƏRTAC-a bildiriblər ki, film məktəb həyatından, yeniyetmə məktəbli uşaqların qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından bəhs edir.
Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva və başqa Bakı məktəbliləri çəkiliblər. Uşaqlardan əlavə ekran əsərində Nazim İbrahimov, Mənsurə Əhmədova, Rasim Cəfər və başqaları da rol alıblar.
Təqdimatdan sonra məktəblilər üçün Bakıda və bölgələrdə filmin kütləvi nümayişlərinin keçirilməsi planlaşdırılır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Usaqlar_uchun_ekranlasdirilan_bedii_filmin_teqdimati_olacaq-849338

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR