Zakir Həsənov bolqarıstanlı həmkarı ilə görüşüb

Zakir Həsənov bolqarıstanlı həmkarı ilə görüşüb
14:12 25 Sentyabr 2018
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2018" üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün ölkəmizə gələn Bolqarıstan Baş nazirinin İctimai Asayiş və Təhlükəsizlik üzrə müavini - Müdafiə naziri Krasimir Karakaçanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Bolqarıstan arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələtində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərin təşkili, həmçinin ölkələrin yerləşdiyi regionlardakı hərbi-siyasi vəziyyət müzakirə olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/688525.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR