Ermənilər ​Türkiyənin ABŞ-dakı Baş Konsulluğunun işçilərini təhdid edir

Ermənilər ​Türkiyənin ABŞ-dakı Baş Konsulluğunun işçilərini təhdid edir
11:57 24 Aprel 2015
30 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 aprel. REPORT.AZ/ Türkiyənin Los-Ancelesdəkı Baş Konsulluğu 1915-ci il hadisələri ilə bağlı aldığı təhdidlərə görə fəaliyyətini məhdudlaşdırıb.
"Report" xəbər verir ki, bu haqda "Anadolu" Agentliyi məlumat yayıb.
Xəbərə görə, son günlər Baş Konlluğun ünvanına hədələrin sayı artıb.
"Erməni Gənclər Federasiyası üzvlərinin Baş Konsulluğa gedərək diplomatik missiyanın əməkdaşları ilə şəkil çəkdirib, sonradan onları "Facebook" səhifələrində hədələmələri qurumda ciddi narahatlığa səbəb olub", - məlumatda vurğulanıb.
Ehtimal olunan təhlükə ilə əlaqədar konsulluq vətəndaşların qəbuluna məhdudiyyət qoyaraq, yalnız qabaqcadan görüş təyin olunanların qəbul ediləcəyini bildirib.
Bu gün ermənilər Los-Ancelesin "Kiçik Ermənistan" rayonundan başlayaraq, Baş Konsulluğun binasınadək yürüş keçirəcək. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/ermeniler-turkiyenin-abs-daki-bas-konsullugunun-iscilerini-tehdid-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR