Türkiyənin Gəncədəki Baş Konsulluğunda Milli Suverenlik və Uşaq Günü qeyd olunub

Türkiyənin Gəncədəki Baş Konsulluğunda Milli Suverenlik və Uşaq Günü qeyd olunub
11:58 24 Aprel 2015
66 Ölkə
Ölkə mətbuatı
A- A+


Gəncə, 24 aprel, AZƏRTAC
Türkiyənin Gəncədəki Baş Konsulluğunda Milli Suverenlik və Uşaq Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra qardaş ölkənin Gəncədəki baş konsulu Orhan İşıq bayram münasibətilə tədbir iştirakçılarını, eləcə də bütün türk dünyasının uşaqlarını təbrik edib.
Şəhər 1 nömrəli orta məktəbin şagirdləri və şəhər uşaq evinin balaca sakinləri ədəbi-bədii kompozisiya nümayiş etdirib, şeirlər söyləyiblər.
Tədbirdə balacalar “Azərbaycan-Türkiyə” mahnısının sədaları altında rəqs ediblər.
Sonda Türkiyənin Gəncədəki Baş Konsulluğu tərəfindən uşaqlara hədiyyələr təqdim olunub.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turkiyenin_Gencedeki_Bas_Konsullugunda_Milli_Suverenlik_ve_Usaq_Gunu_qeyd_olunub-849341

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR