"Shamkir Chess 2015"də bu gün: Karlsen Kramnikə qarşı, Məmmədyarov Məmmədovla üz-üzə

Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess 2015"də 7-ci tura start verilir.

Metbuat.az-ın xəbərinə görə, bu gün ümumilikdə 5 görüş keçiriləcək. Günün mərkəzi oyununda Maqnus Karlsen Vladimir Kramniklə üz-üzə gələcək. Şəhriyar Məmmədyarov isə digər təmsilçimiz Rauf Məmmədovla qarşılaşacaq.

Proqrama nəzər salaq:

Vişvanatan Anand - Maykl Adams

Maqnus Karlsen - Vladimir Kramnik

Fabiano Karuana - Uesli So

Maksim Vaşye-Laqrav - Aniş Qiri

Şəhriyar Məmmədyarov - Rauf Məmmədov

Bütün oyunlar Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Turnir cədvəli: Karlsen - 4,5 xal, So - 4, Anand - 3,5, Məmmədyarov, Karuana - 3, Kramnik, Qiri, Məmmədov, Vaşye-Laqrav - 2,5, Adams - 2.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR