Elektrik cərəyanı vuran məktəbli öldü

Elektrik cərəyanı vuran məktəbli öldü
10:59 24 Aprel 2015
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda elektrik cərəyanı vuran uşaq dünyasını dəyişib.

 

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə,  iki gün öncə elektrik cərəyanı  vuran 2004-cü il təvəllüdlü İlkin Vəli oğlu Rabilov 3 saylı Şəhər Klinik Xəstəxanasında ölüb.

 

Polisdən V. Rabilovun 5-ci sinif şagirdi olduğu bildirilib

 

Qeyd edək ki, hadisə rayonun Elşən Mehdiyev küçəsi, 30 ünvanında qeydə alınıb.

 

İ. Rabilov evə gedərkən əlini işıq transformatoruna vurub. Nəticədə onu elektrik cərəyanı vuraraq bir neçə metr kənara atıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/200413

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR