"1905-1906-cı illərdə erməni-müsəlman davası" kitabının təqdimatı oldu

"1905-1906-cı illərdə erməni-müsəlman davası" kitabının təqdimatı oldu
12:01 24 Aprel 2015
260 Ölkə
Ölkə mətbuatı
A- A+

Aprelin 23-də Azərbaycan Dillər Universitetində (ADU) Mir Mövsüm Nəvvabın "1905-1906-cı illərdə erməni-müsəlman davası" və Musa Qasımlının "Erməni məsələsindən erməni soyqırımına: gerçək tarix axtarışında (1724-1920)" adlı kitablarının təqdimat mərasimi olub.

ANS PRESS-in məlumatına görə, ingilis dilində nəşr olunan kitabların təqdimatında Milli Məclisin deputatları, universitet rektorları, tanınmış jurnalistlər və professorlar iştirak ediblər. Tədbiri ADU-nun Tədris işləri üzrə prorektoru Vazeh Əsgərov açıb. Daha sonra ADU-nun İngilis dilinin tərcüməsi kafedrasının dosenti Failə Abdullayeva çıxış edib. O, tərcümə etdiyi "1905-1906-cı illərdə erməni-müsəlman davası" kitabı və Musa Qasımlının kitabı haqqında məlumat verib. Təqdimatın sonunda söz alan əməkdar jurnalist, deputat Sahib Alıyev görülən işlərin əhəmiyyətindən danışıb.

Tədbirdən sonra ASAN xidmətin sifariş ilə hazırlanmış "Çanaqqala 100: Qardaş köməyi" sənədli filminin və "Çanaqqala Türküsü" klipinin təqdimatı keçirilib. Müğənni Sevda Ələkbərzadə "Çanaqqala Türküsü"nü ifa edib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=339978

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR