Əlillər görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad etdilər

Əlillər görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad etdilər
11:03 24 Aprel 2015
76 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, E.Hüseynov, AZƏRTAC
Aprelin 24-də Bakıda Azərbaycan Gözdən Əlillər Cəmiyyəti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr edilmiş tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə görkəmli alimin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev çıxış edərək akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolundan və elmi nailiyyətlərindən danışıb.
Bildirilib ki, tibb elmində gur çıraq kimi şölələnən Zərifə xanım Əliyeva fitri istedada malik alim, ulu Tanrının xalqımıza bəxş etdiyi heyrətamiz dərəcədə pak və nadir insan idi. Geniş dünyagörüşü, yüksək ziyalılığı, tədqiqatçılıq bacarığı ilə hamının rəğbətini qazanmış Zərifə Əliyevanın mənalı ömür yolu hər bir azərbaycanlı, elm adamı və tibb işçisi üçün əsl həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Azərbaycan tibb elminin, xüsusilə onun az inkişaf etmiş oftalmologiya sahəsinin inkişafında müstəsna xidmətləri olan Zərifə xanım yorulmaz fəaliyyəti ilə insanlara daim nur bəxş edib, gözlərə işıq verib. Onun şəfalı əlləri ilə minlərlə xəstə müalicə olunub. Zərifə xanım Əliyeva görkəmli alim olmaqla yanaşı, həm də kövrək qəlbli insan, qayğıkeş və sevimli həyat yoldaşı, övladlarına gözəl tərbiyə verən mehriban ana olub.
Vurğulanıb ki, tibb elmində böyük xidmətləri olan görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva Azərbaycanın XX əsrdə ən tanınmış alimlərindən və şəxsiyyətlərindən biridir. Alimin Azərbaycanda oftalmologiya elminin inkişafında və dünyada tanıdılmasında müstəsna xidmətləri vardır. Bu səbəbdən də hər il unudulmaz alimin anadan olmasının ildönümü münasibətilə konfrans və digər tədbirlərin keçirilməsi ənənə halını alıb. Bu isə xeyirxahlıq mücəssəməsi, bütün ömrü boyu insanlara nur və xoşbəxtlik bəxş etmiş Zərifə xanım Əliyevaya xalqımızın dərin hörmətinin ifadəsidir.
Digər çıxış edənlər də bütün mənalı ömrünü oftalmologiya elminin inkişafına həsr etmiş Zərifə xanım Əliyevanın zəngin elmi irsindən və yüksək insani keyfiyyətlərindən söhbət açıblar.
Tədbirdə akademik Zərifə xanım Əliyevanın həyat və elmi fəaliyyətindən bəhs edən “Elegiya” adlı sənədli film nümayiş etdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Aliller_gorkemli_oftalmoloq_alim_akademik_Zerife_xanim_Aliyevanin_xatiresini_yad_etdiler-849343

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR