Çempionlar Liqası: Kim kimə rəqib olacaq?

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılır.

Metbuat.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirə həmişəki kimi İsveçrənin Nyon şəhəri ev sahibliyi edəcək.

Yarımfinalda rəqibini gözləyən komandaların siyahısı belədi: "Real", "Barselona", "Bavariya", "Yuventus".

İlk oyunlar 5-6 may, cavab görüşləri 12-13 may tarixlərində keçiriləcək. Çempionlar Liqasının qalibi isə iyunun 6-da müəyyənləşəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR