Dövlət Komissiyasına ünvanlanan elektron sorğuların sayı açıqlanıb

Dövlət Komissiyasına ünvanlanan elektron sorğuların sayı açıqlanıb
12:06 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya cari ilin mart ayı ərzində komissiyanın elektron ünvanına daxil olan sorğuların statistikası, məzmunu və cavablandırılması üzrə hesabatı açıqlayıb.
 
 
Hesabata əsasən, mart ayında komissiyanın elektron ünvanına 35 sorğu daxil olub.
 
 
Elektron sorğulardan 8-i dövlət qulluğuna qəbul qaydaları, 7-si komissiyanın səlahiyyətinə aid olmayan məsələlər, 7-si növbəti müsabiqənin tarixi ilə bağlı olub.
 
 
Bu müddətdə komissiyaya 6 CV göndərilib.   
 
 
Bundan əlavə,  26 sentyabr, 17 oktyabr, 4 və 14 noyabr 2014-cü il tarixdə elan edilmiş müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün tələb olunan sənədlərə dair 2 sorğu ünvanlanıb. 
 
 
Qeyd olunan müddətdə 2 təşəkkür məktubu göndərilib.
 
 
Elektron sorğulardan 2-si apelyasiya şikayəti ilə bağlı olub.   
    
 
Həmçinin elektron ünvana Novruz bayramı ilə əlaqədar 1 təbrik məktubu daxil olub.   
 
 
Bütün sorğular qanunvericilikdə nəzərdə tutulan müddətdə cavablandırılıb.
 
 
CAHANGİR
 
 


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-36390-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR