DÇ-nin kondisionerli stadionu (FOTO, VİDEO)

DÇ-nin kondisionerli stadionu (FOTO, VİDEO)
12:06 24 Aprel 2015
84 İdman
Ölkə mətbuatı
A- A+

Qətər 2022-ci ildə keçiriləcək dünya çempionatına hazırlıqlara başlayıb.

ANS PRESS-in məlumatına görə, artıq inşası planlaşdırılan "Al-Rayyan" stadionunun layihəsini təqdim edilib. Sözügedən stadionda Dünya Çempionatının qrup mərhələsinin və dörddə bir finalın matçları keçiriləcək.

Tamaşaçı tutumu 40 min olacaq nəhəng stadion 2019-cu ildə istismara veriləcək. Bu layihə digərlərindən bəzi xüsusiyyətlərinə görə fərqlənəcək. Hava tempraturunu normal qaydada saxlamaq üçün stadiona kondisionerlər quraşdırılacaq.

Futbolçular və azarkeşlər üçün rahat şərait təmin etmək üçün bütün şərtlər nəzərə alınacaq. Stadionun tikinti prosesi ilə bağlı video görüntü də yayımlanıb.

ANS PRESS həmin görüntüləri sizə təqdim edir:









Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=340135

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR