TuranBankın aktivləri 22% artıb

TuranBankın aktivləri 22% artıb
12:08 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Aprelin 1-nə TuranBankın aktivləri 2014-cü ilin analoji dövrü ilə müqayisədə 22%, ötən ilin sonu ilə müqayisədə isə 8% artaraq 345,3 mln. manat təşkil edib. Bankdan Trend-ə verilən məlumata görə, hesabat tarixinə Bankın kredit portfeli 2014-cü ilin analoji dövrü ilə müqayisədə 43%, ötən ilin sonu ilə müqayisədə isə 16% artaraq 256 mln. manata çatıb.

Aprelin 1-nə Bankın müştəri hesabları və depozit portfeli ötən ilin müvafiq dövrünə nisbətən 11% artaraq 161,3 mln. manat təşkil edib. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətləri 2014-cü ilin analoji dövrü ilə müqayisədə 29,9%, ötən ilin sonu ilə müqayisədə isə 14,2% artaraq 82,7 mln. manat olub.

Aprelin 1-ə Bankın nizamnamə kapitalı ötən ilin müvafiq dövrünə nisbətən 7% artaraq 47 mln. manat təşkil edib. Hesabat dövründə Bankın məcmu kapitalı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1% artaraq 53 mln. manat olub ki, bu da Mərkəzi Bankın bankların kapitalına dair müvafiq tələbindən artıqdır.

2015-ci ilin yanvar-mart aylarının fəaliyyət nəticələrinə əsasən Bankın gəlirləri 6,2 mln. manat, xərcləri isə 8,2 mln. manat təşkil edib. Hesabat dövrü ərzində Bankın zərəri 2 mln. manat olub.

Bank müştərilərə sərfəli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə və ipoteka kreditləri təklif edir. Bununla yanaşı, kredit müştərilərimiz Bankdan "Kiçik Həcmli İstehlak", "Müəllim", "Səhiyyə", "Hərbçi" və "Təqaüdçü" kredit məhsullarını illik 20%-dən başlamaqla zaminsiz Bankın istənilən filialında əldə edə bilərlər.

Müştərilərinə maksimal rahat xidmət təklif etmək məqsədilə Bank, Hesab.az elektron xidmətlər portalı ilə birgə həyata keçirdiyi layihə çərçivəsində potensial müştərilərinə Bankın kredit məhsullarını onlayn rejimdə hesab.az saytı vasitəsilə sifariş etmək, mövcud kreditlərini isə ödəmək imkanı yaratmışdır. Müştərilər kreditlərin onlayn sifariş və ödənişini Bankın rəsmi saytı vasitəsilə (www.turanbank.az) də həyata keçirə bilərlər. Bankın müştəriləri, həmçinin MilliÖN (PayPoint) terminalları vasitəsilə də kredit borclarını ödəmək imkanına malikdirlər.

Bank, müştərilərinə "Sirlər Xəzinəsi" adı altında yüksək gəlirliliyi ilə cəlbedici sayılan geniş çeşidli əmanət növlərini təklif edir.

Bankın beynəlxalq statuslu MasterCard plastik kartları öz rəqabətqabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir. Bankın MasterCard məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda Bank, əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini təklif edir. Əlavə olaraq müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları təklif edilir.

Bankın 16 xidmət nöqtəsi (onlardan 9-u regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz, Cəlilabad, Ağcabədi və Qazaxda olmaqla) və 15 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.

Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya Bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2387551.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR