Mourinyo Poqbanı kapitanlıqdan məhrum etdi

"Mançester Yunayted"ın baş məşqçisi Joze Mourinyo futbolçusu Pol Poqbanın satılmasına qərar verib.

Metbuat.az-ın Qol.az-a istinadən yaydığı xəbərə görə, buna səbəb ikili arasında münasibətlərin yaxşı olmamağıdır. Ölkə çempionatında "Volverhempton"la 1:1 hesablı bərabərlikdən sonra Mourinyo ilə Poqba arasında mübahisə olub.

Fransalı yarımmüdafiəçinin açıqlamasında komandanın daha çox hücumda oynamalı olduğunu deməsi portuqaliyalı mütəxəssisi daha da əsəbiləşdirib. Onun Poqbadan kapitanlıq sarğısını aldığı və yanvarda satılmasına qərar verdiyi iddia olunub.

Qeyd edək ki, Poqbanın "Barselona"ya transfer olunacağı gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR