Səfirlik: İran Azərbaycan vətəndaşları ilə bağlı heç bir məhdudiyyət qoymayıb

12:08 24 Aprel 2015
27 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC 
İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Seyid Məhəmməd Ayətullahi sərhəd-keçid məntəqələrində Azərbaycan vətəndaşları üçün məhdudiyyət qoyulması ilə bağlı yayılan xəbərləri təkzib edib. İranın Azərbaycan vətəndaşları ilə bağlı heç bir məhdudiyyət qoymadığını deyən M.Ayətullahi rəsmi Tehranın xalqlarımız arasında əlaqələrın güclənməsində maraqlı olduğunu vurğulayıb. O əlavə edib ki, Azərbaycan vətəndaşları viza rejiminin ləğv olunması haqqında qanundan istifadə edərək istənilən zaman İrana səfər edə bilərlər.
Mətbuat xidmətinin rəhbəri bildirib ki, İran nəinki Azərbaycan vətəndaşlarının bu ölkəyə səfərinə məhdudiyyət qoyulmasını istəmir, hətta gediş-gəlişin asanlaşdırılması üçün sərhəd-keçid məntəqələrinin iş saatını da artırıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sefirlik_Iran_Azerbaycan_vetendaslari_ile_bagli_hech_bir_mehdudiyyet_qoymayib-849347

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR