Azərbaycanda ötən il aparılan arxeoloji tədqiqatların yekunlarına dair elmi sessiya işə başlayıb

11:08 24 Aprel 2015
26 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, Elvira Məmmədova, AZƏRTAC
Aprelin 24-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycanda 2014-cü ildə aparılmış arxeoloji və etnoqrafik tədqiqatların yekunlarına həsr olunmuş elmi sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, elmi sessiyada AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli tədbirin əhəmiyyətindən danışıb, onun işinə uğurlar arzulayıb.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova rəhbərlik etdiyi elm müəssisəsinin ötən il gördüyü işlərə dair hesabatını təqdim edib.
Tədbir “Arxeologiya” və “Etnoqrafiya” bölmələrində davam etdirib. Bölmə iclaslarda alimlərin 50-dən çox elmi məruzəsi dinlənilib, müzakirələr aparılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanda_oten_il_aparilan_arxeoloji_tedqiqatlarin_yekunlarina_dair_elmi_sessiya_ise_baslayib-849349

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR