Bakıda "Pay Point" aparatı oğurlandı

Bakıda "Pay Point" aparatı oğurlandı
12:11 24 Aprel 2015
71 Sosial
Ölkə mətbuatı
A- A+

Bakının Qaradağ rayonunda içərisində külli miqdarda pul olan "Pay Point" aparatı oğurlanıb.

Qaradağ rayon Polis İdarəsi 38-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə aprelin 22-dən 23-ə keçən gecə Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində qeydə alınıb.

Oğurlnan "Pay Point" ödəniş terminalını “Comted LTD”-yə məxsus olub.

Oğruların tapılması istiqamətində axtarış tədbirlərinə başlanılıb.

Hazırda onun içərisində nə qədər pul olduğu dəqiqləşdirilir.

Faktla bağlı istintaq gedir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=340134

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR