Şəkidə 20 yaşlı gənc zəhərləndi

Şəkidə 20 yaşlı gənc zəhərləndi
10:32 13 Yanvar 2015
151 Digər
Ölkə mətbuatı
A- A+

Şəkidə dəm qazından zəhərlənmə hadisəsi baş verib
Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, Şəki şəhəri, 19-cu rayon, Şəkinski küçəsi ev 15-də yaşayan, 1995-ci il təvəllüdlü Tacəddin Ümüdvar oğlu Gülməmmədov ağır vəziyyətdə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırmasından sonra məlum olub ki, 20 yaşlı oğlan yaşadığı evin vanna otağında çimərkən dəm qazından zəhərlənib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Tacəddin Gülməmmədova lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/318767.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR