Keçmiş sovet məkaninda islam bankçiliğinin inkişaf perspektivləri

Keçmiş sovet məkaninda islam bankçiliğinin inkişaf perspektivləri
11:13 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

İqtisadi, texnoloji, idarəedici məsələlərinə və digər strategiyalara çox işlər həsr edilib. Sözsüz ki, öz inkişaf strategiyalardan bu və ya digər növlərindən istifadə edən ölkələri hər necə “növə ayrımaq” üçün təhlili başlamaq üçün heç olmasa təxmini parametrləri müəyyən etmək lazımdır.

Bu çür əsas parametrlər nümunəsi kimi üç parametr çıxış edə bilər:

1. Ehtiyatların səviyyəsi (təbii ehtiyatlar, insan kapitalı və s.)

2. İnstitusional potensial (baza institutları, sosial-siyasi quruluş, yaşayış tərzi, ənənələr, dini istiqamət və dindarların sayı və s.)

3. Elmi-texniki və texnoloji potensial (fundamental və tətbiqi elm, ölkədə təhsilin səviyyəsi, texniki təchizat və s.).

Verilənlər cədvəldə ikiölçülü matrisa şəklində verilib, orada «+» işarəsi ölkənin qabaqcıl vəziyyətini göstərir, «--» -- işarəsi isə- aşağı inkişaf səviyyəsini və ya onun tam olmamasını göstərir.

Cədvəl 1. İqtisadi sistemlərin inkişaf trayektoriyası.

Ölkə

AB, ÇİN

Yaxın Şərqin neft ölkələri

Ancaq ehtiyatlara malik olan inkişaf edən ölkələr

Özünü təmin edən, ehtiyatlar üzrə və ölkələr.ETI səviyyəsi yaşxıdır. İnstitutsional sistemlər yaxşı qurumayıb. Tranzitiv ölkələr: RF, Qazaxıstan, Azərbaycan.

Kasıb və geridə qalmış ölkələr

Müharibə edən ölkəyə xas olan.

Təbii ehtiyatlar azdır:Yaponiya, Finlandiy, İsveç.

Turizmdə, maliyyə xidməltərində ixtisaslaşan kiçik, firavan ölkələr.

Parametr

1

+

+

+

+

-

-

-

-

2

+

+

-

-

-

-

+

+

3

+

-

-

+

-

+

+

-

Azərbaycana gəldikdə isə, Fars Körfəzinin neft çıxaran ölkələrin taleyini təkrarlamaq bizə nəsib deyil. 2011-ci ildən neft hasilatının monoton şəkildə azalması izlənilir, bunun səbəbi isə neftli qatlarının tükənməsidir.

Cədvəl 2. Azərbaycanda neft hasilatı, mln. ton.

Il

2005

2006

2007

2008

2009

2010

2011

2012

2013

2014

Hasilat

22.2

32.3

41.7

42.3

50.5

50.8

45.4

42.98

43.1

42

Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsi.

Toplanmış valyuta ehtiyatları faiz rentası ilə həyat üçün kifayət deyil və buna görə də Norveçin yolu da bizim üçün mümkün deyil.

1№-li diaqramda Azərbaycan sənayesinin sahə strukturu təsvir edilib.

Diaqram 1. 2013-cü ildə Azərbaycanda sənaye istehsalının sahə strukturu.

Mənbə: Azərbaycan dövlət statistika komitəsi

1 №-li diaqram sənayedə yaranan struktur əyriliyinin daxili istehlak üçün və xarici bazarlar üçün, xammaldan əlavə, lazım olan ticarət kütləsini yaratmağa imkan vermədiyini gözəl göstərir. Bu bütövlükdə iqtisadiyyatın aşağı səmərəliliyinə, istehsal apparatının zəifləməsinə gətirir və həmçinin texnoloji və institusional cəhətdən geridə qalan sənayenin xammal sahələrini möhkəmləndirir.

Makroiqtisadi siyasədən danışanda, bir qayda olaraq, fokusda olmalı olan dörq pozisiyanı nəzərdə tuturlar: iqtisadi artım, məşqulluq, qiymətlərin stabilliyi və ödəniş balansının tarazılığı. Bununla belə, makroiqtisadi stabilliyi və inflyasiya ilə mübarizəni təmin etməli olan pul siyasəti ilə həddindən artıq ruhlanma iqtisadi artımı poza bilər və əhalinin məşqulluğunu azalda bilər. Və baxmayaraq ki, C.Tobin qeyd etdiyi kimi «Heç vaxt yaddan çıxartmaq olmaz ki, iqtisadi fəaliyyətin ilkin məsələsi fərdilər və cəmiyət üçün dəyərli olan malların və xidmətlərin istehsalıdır. Maliyyə bazarları məqsədin özü deyil, bu məqsədə çatmaq üçün vasitədirlər”, maliyyə bazarların yüksək inkişaf səviyyəsi imkan verir ki, məsələn, Mərkəzi Bank pul siyasətinin əsas transmissiya aləti kimi öz xüsusi faiz qiymətindən istifadə etsin. İnkişaf etmiş milli sistem mövcud olduğu zaman biznes subyektlərin tez və kiçik itkilərlə lazım olan maliyyə ehtiyatların səfərbərliyini, bir qayda olaraq, milli valyutada, həyata keçirmək imkanları var və bu da onları valyuta risklərindən qoruyur. Öz növbəsində, hökümətin cari defisiti maliyyələşdirmək imkanı var.

Biz bilirik ki, islam dünyasında olan mühüm, əgər belə demək olarsa, “uzün” investisiya maliyyə ehtiyatları əsasən Fars Körfəzinin neft çıxaran ölkələrində toplanıb.

Bu reqiondan vəsaitlərin cəlb olunmasında bir sıra problemlər var.

1.İslam ölkələri qərb maliyyə institutları onlara təklif etdikləri maliyyə instrumentlərindən aktiv və həvəslə istifadə edirlər. Lazım olan texnologiyaları, malları, bilikləri, mütəxəssisləri bu ölkələr həmçinin əsasən Qərbdən cəlb edirlər. Bizim maliyyə bazarları isə inkişaf etməyiblər, maliyyə instrument dəsti isə kasıbdır. Rusiya, Qazaxıstan, Azərbaycan bazarlarını müqayisə etdikdə, bu qeyd xüsusi ilə Azərbaycana aiddir. 2011-ci ildə Azərbaycanın Mərkəzi Bankı valyuta dəyişmə əməliyyatlarını Bloomberg xarici ticarət sisteminə çevirdi, bu da faktiki olaraq milli maliyyə sistemin institusional inkişafının qarşısını alır, çünki bizim maliyyə bazarının 70% yaxın məhz valyuta dəyişmə əməliyyatları təşkil edir.

2.MDB ölkələrinin din hökümətdən ayrı olduğu siyasi sistemi var. İslam ölkələrinin digər siyasi sistemi var və nə texnoloji, nə siyasi cəhətdən MDB ölkələrindən asılı deyirlər. WIN/GallupInternational[1] məlumatlarına uyğun, Azərbaycanda 34 % sorğulananlar özlərini dindar sayırlar, 54% özlərini dindar saymırlar və əlavə 13% cavab verməkdə çətinlik çəkdilər.

Cədvəl 3. Dinin yayılması, əhalinin cəmi sayından payı, faizlə

RF

Qazaxıstan

Azərbaycan

Dindar

70

64

34

Dindar olmayanlar

18

19

54

Ateistlər

5

8

0

Cavab verməyə çətinlik çəkdilər

7

9

13

Mənbə : http://www.telegraph.co.uk/

Hesab edirəm ki, hökümət bank biznesinin aparılmasının hər hansı modelinin inkişafını qadağan etməməlidir və ya həvəsləndirməməlidir. Hökümətin vəzifəsi-dəyişən şəraitə uyğunlaşmaqdır. Biznesə gəldikdə isə, o özü perspektivli saydığı istiqamətləri inkişaf etdirəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2387556.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR