İyul ayında şəhid ailələrinə 353 ev veriləcək

İyul ayında şəhid ailələrinə 353 ev veriləcək
12:14 24 Aprel 2015
389 Sosial
Ölkə mətbuatı
A- A+

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Bərdədə 4 rayonun sakinlərini qəbul edib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, nazir bildirib ki, “Açıq qapı” şəraitində keçirilən qəbul zamanı müraciətlər əsasən mənzil, minik avtomobili ilə təmin olunma, məşğulluğun təminatı, əmək hüquqlarının müdafiəsi, bərpa müalicəsinə köməklik edilməsi və s. məsələləri əhatə edib. Müraciətlərin cüzi bir qismi ünvanlı dövlət sosial yardımının təyinatı ilə bağlı olub.

S.Müslümov hazırda respublikamızın 53 rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün hər biri 2 və 3 otaqlı mənzillərdən ibarət 353 ədəd fərdi evin inşa olunduğunu və cari ilin iyul ayının sonunadək onların istifadəyə verilməsinin nəzərdə tutulduğunu bildirib.

Həmin evlərdə normal yaşayış üçün bütün şəraitin yaradılacağını nəzər çatdıran S.Müslümov eyni zamanda yaxın vaxtlarda 4 rayonda bu təbəqələrdən olanlar üçün yeni fərdi evlərin inşasına başlanacağını diqqətə çatdırıb.

Nazir digər bölgələr kimi, Bərdə, Ağdam və Ağcabədi rayonlarında da əlil və şəhid ailələrinin mənzilə təminatı  sahəsində məqsədyönlü işlərin görüldüyünü bildirib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/200419

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR