İsrail müharibəyə hazırlaşır

İsrail müharibəyə hazırlaşır
12:16 24 Aprel 2015
221 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ Yaxın Şərqdəki ən yaxın müttəfiqi olan İsrailə bölgədəki hərbi üstünlüyü saxlamağa kömək etmək istəyir.

ANS PRESS xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Con Bayden bildirib.

O deyib ki, Birləşmiş Ştatlar 2016-cı ildə İsrailə beşinci yeni nəsil F-35 qırıcı təyyarələr verəcək. Bu addım ABŞ-ın öz müttəfiqinə Yaxın Şərqdə hərbi üstünlüyü saxlamağa kömək etmək üçün atılacaq.

Vitse-prezident vurğulayıb ki, F-35 ən yaxşı təyyarədir. Yaxın Şərqdə təkcə İsraildə beşinci nəsil qırıcılar olacaq.

Biz növbəti ildə F-35-i İsrailə çatdıracağıq.

Xatırladaq, İsrail 2010-cu ildə 19 ədəd F-35 qırıcı təyyarə almaq barədə razılıq əldə edib. Bu ilin fevralında isə daha 14 təyyarənin alınması barədə ABŞ ilə müqavilə imzalayıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=17&nid=339647

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR