Astarada bir ailənin 4 üzvü qəzaya düşdü

Astarada bir ailənin 4 üzvü qəzaya düşdü
11:12 26 Sentyabr 2018
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Astara rayonunda bir ailənin 4 üzvü qəzaya düşüb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Astara rayonunun Ərçivan kəndi ərazisində baş verib. 

Belə ki, sürücü 1984-cü il təvəllüdlü, Bakı şəhəri Nizami rayon sakini Şirinov Çingiz Cavanşir oğlunun idarə etdiyi "Kia Rio" markalı avtomobil "Mercedes" markalı avtomobillə toqquşub. Hadisə zamanı avtomobildə sürücünün ailə üzvləri də olub.

Qəza nəticəsində sərnişin, sürücünün atası olan 1956-cı il təvəllüdlü Şirinov Cavanşir Əli oğlu baş nahiyəsindən ciddi xəsarət alıb. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralı Reanimasiya şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/688740.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR