“Azerspace-2” peyki Kuru kosmodromundan orbitə buraxılıb

“Azerspace-2” peyki Kuru kosmodromundan orbitə buraxılıb
11:35 26 Sentyabr 2018
Ölkə mətbuatı
A- A+

Azərbaycanın "Azerspace-2" peyki Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb.

"Azerspace-2" peyki orbitə "Arianespace" şirkətinə məxsus "Ariane-5″ daşıyıcı raketi ilə göndərilib. Bu, "Ariane-5" raket daşıyıcısı üçün yubiley - 100-cü buraxılış olub. Onun göyərtəsində iki telekommunikasiya peyki – "Azerspace-2" və "Horizons 3e" var. İkincisi Yaponiyaya məxsusdur.

"Azerspace-2" peyki 45° şərq uzunluğu orbital mövqeyində yerləşəcək və Avropa, Cənub-Qərbi Asiya, Yaxın Şərq və Afrika ölkələrini əhatə edəcək.





Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-56728-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR