Azərbaycanda təhsil alan rezidentlərin hansı halda təyinatdan imtina edə biləcəyi məlum olub

12:17 24 Aprel 2015
53 Digər
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 12:10 ]


Bakı. Könül Kamilqızı – APA. Səhiyyə Nazirliyi Azərbaycanda təhsil alan rezidentlərin hansı halda təyinatdan imtina edə biləcəyinə münasibət bildirib.

 

 

Nazirlikdən APA-ya verilən xəbərə görə, Nazirlәr Kabinetinin qәrarı ilә yeni redaksiyada təsdiq edilmiş "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"-nın 2.4-cü bәndinə әsasən, dövlәt sifarişi әsasında rezidentura tәhsili almış şəxslər rezidenturanı bitirdikdәn sonra әmәk fәaliyyәtlәrini 3 (üç) il müddətindә Sәhiyyә Nazirliyinin göndərişi ilə dövlət sәhiyyә müəssisәlәrində davam etdirmәlidirlәr.

 

Yalnız 2013-cü ilә kimi rezidenturaya daxil olmuş hәkim-mütəxəssislәr tәyinatdan imtina edә bilərlәr. Bu halda onlar işlə tәmin olunmaq üçün ümumi qaydada Sәhiyyə Nazirliyinin rәsmi internet saytında yerləşdirilәn mərkəzlәşdirilmiş iş elanı üzrә müsabiqəlәrdə iştirak edə bilәrlər.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/381011

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR