"Facebook"dan əla yenilik!

"Facebook"dan əla yenilik!
11:17 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

"Facebook" şirkəti telefona daxil olan zənglərin kim tərəfindən edildiyini müəyyən edən tətbiqetmə yaradıb.

Trend-in NBC-yə istinadən verdiyi məlumata görə, "Hello" adlanan tətbiqəetmə artıq ABŞ-da bazara çıxarılıb. Qeyd olunur ki, smartfonlara yüklənilən bu tətbiqetmə telefon sahibinin xoşagəlməz zənglərdən uzaq olmasına imkan yaradır.

Əgər müvafiq nömrə smartfonun yaddaşına düşürsə, "Hello" tətbiqetməsi zəng edən həmin nömrə sahibinin sosial şəbəkələrdəki ünvanını da müəyyən edib göstərir.

Hazırda tətbiqetmə ABŞ-ın müxtəlif şəhərlərində könüllülərə təklif olunur. Əgər "Hello" effektini göstərərsə və istehlakçıların rəyləri müsbət olarsa, bu, digər ölkələrdə də yayıla bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/336312.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR