Dövlət Gömrük Komitəsinin sədri Mingəçevirdə vətəndaşları qəbul edib

Dövlət Gömrük Komitəsinin sədri Mingəçevirdə vətəndaşları qəbul edib
12:18 24 Aprel 2015
110 Ölkə
Ölkə mətbuatı
A- A+


Mingəçevir, 24 aprel, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müvafiq tədbirlər görürlər.
AZƏRTAC xəbər verir ki, aprelin 24-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Mingəçevir şəhərində Mingəçevir, Şəki, Yevlax, Ağdaşdan olan vətəndaşları qəbul edib. Qəbula gələn vətəndaşların müraciətlərinin əksəriyyəti işə qəbul, gömrük-keçid məntəqələrinin vəziyyəti, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları ilə bağlı olub.
Qəbul zamanı DGK sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib. Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. DGK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dovlet_Gomruk_Komitesinin_sedri_Mingechevirde_vetendaslari_qebul_edib-849354

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR