"Ermənipərəst, sən haranın modelyerisən ki..." - Tolik

"Ermənipərəst, sən haranın modelyerisən ki..." - Tolik
11:26 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Prodüser Tolik Türkiyədə yayımlanan “İşte benim stilim” verilişinin münsifi Kamal Doğulunun azərbaycanlı iştirakçı Sima Şərəffətdinovanı və “Best Model of Azerbaijan”ı tənqid etməsinə sərt reaksiya verib.

Axşam.az-ın məlumatına görə, o, fikirlərini sosial şəbəkədə yazaraq, K.Doğulunu tənqid edib:

“Bu insanı Türkiyədə tanımırdım. Hakan Akkaya haqqında xoşagəlməz söhbətlər yayıldı, bu da adam oldu çıxdı ortaya. Kamal Doğulu həddini bil. Azərbaycanda səndən hörmətli, zövqlü, ağıllı insanlar var ki, səni pulla alıb, Bakıya gətirərlər. Burada saç kəsərsən. Danışığını bil. Simanı tanımıram. Günah Simadadır ki, orada türk dilində danışır. Kamal, sənin sağındakı və solundakılar ildə 4 dəfə Bakıya gəlib pul qazanırlar. Buradakıların zövqünə şübhən olmasın. Bizdə səndən yaxşıları var. Bizim ağlımız yoxdur ki, bunların ölkəmizdə pul qazanmalarına yol veririk. Efirdə Azərbaycan xalqından üzr istə, bir gün bura gələndə pis olacaq. Sən məni tanımaya bilərsən, amma İvana tanıyır. Ondan soruşarsan".

Tolik yarışmanın digər münsifi Nur Yerlitaşın Simanı erməni əsilli müğənni Kim Kardaşyana bənzətməsinə də münasibət bildirib:

“Sən o Simadır nədir, ona nə istəsən deyə bilərsən. Amma azərbaycanlı qızını hansısa erməninin ölü görünüşünə bənzədə bilməzsən. Sən o Nursan ki, Bakıya gəlib, bizim gəlinlərimizə paltar tikib, mükafat qazanırsan. Ermənipərəst, sən haranın modelyeri olmusan ki, Azərbaycan qızını erməninin ölü vəziyyətindən pisə oxşadırsan?! Günah bizdədir, belələrini adam sayıb ölkəmizə gətiririk. Ən azından öz ayıblarına bax: masanın üstündə 10 dənə əşya qoyursan ki, kiloların görünməsin. Bir az özünüzə gəlin. Arada Azərbaycanın da çörəyini yeyirsiniz”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=29539

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR