Çoxdan gözlənilən yenilik (FOTO)

Çoxdan gözlənilən yenilik (FOTO)
12:26 24 Aprel 2015
60 Sosial
Ölkə mətbuatı
A- A+

Bakının ictimai nəqliyyatında gediş haqqının ödənilməsi üçün vahid ödəniş kartları yaxın günlərdə istifadəyə veriləcək.

ANS PRESS-in məlumatına görə, “Bakı Kart” hesabının doldurulması üçün terminallar artıq Bakı metrosunun bir neçə stansiyalarında quraşdırılıb.

Hazırlıq Nəqliyyat Nazirliyi, “Bakubus” MMC və Bakı Metropoliteni tərəfindən görülür.

Qeyd edək ki, vahid ödəmə kartını həm metropoliten, həm də avtobuslarda istifadə etmək mümkün olacaq.

Yeni kartın qiyməti 2 manat olacaq. İlkin mərhələdə metroda gediş üçün hazırda istifadə edilən kartlarla bərabər yeni kartlardan da istifadə ediləcək.

Hazırda paytaxtın 29, 52, 10 saylı avtobuslarında gedişhaqqını kart vasitəsilə ödəmək mümkündür. Nağdsız ödəniş sistemi mayın sonuna 1, 6, 14, 25, 52 və 95 nömrəli avtobus marşrutlarında həyata keçiriləcək.

Qeyd edək ki, avtobuslarda gediş haqqıları bir müddət həm nağd, həm də kart vasitəsilə ödənilə bilər.




Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=113&nid=340140

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR