Bazarstore-da müştəriyə saxta pul qaytardılar - FOTO

Bazarstore-da müştəriyə saxta pul qaytardılar - FOTO
12:27 24 Aprel 2015
62 Sosial
Ölkə mətbuatı
A- A+

Facebook sosial şəbəkəsinin Azərbaycan seqmentində saxta manatlar barədə geniş müzakirə açılıb.

Milli.Az Day.Az saytına istinadən bildirir ki, Facebook istifadəçisi yazır ki, anasına Bazarstore supermarketində saxta 10 manat veriblər.

Onun sözlərinə görə, Aygün City ticarət mərkəzində yerləşən Bazarstore marketində alış-verişdən sonra 40 manat qalıq qaytarıblar. 10 manatlıq əskinaslardan ibarət pulu götürüb evə gəlib. Evdə isə onluqlardan birinin haloqrafik elementləri olmadığını aşkarlayıb. Geri qayıdıb pulu dəyişmək istəyəndə isə ona verilən cavab müsbət olmayıb. Marketin administrasiyası pulun onlardan çıxdığına inanmayıb.

Biz də öz növbəmizdə müştəriləri diqqətli olmağa çağırırıq.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/336310.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR